275 №li orta məktəbdə “Sağlam vərdişər sağlam gəncliyin əsasıdır" adlı layihə

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi müsabiqəsinin qalibi Ayaz Əhmədzadənin rəhbərliyi ilə “SAĞLAM VƏRDİŞLƏR SAĞLAM GƏNCLİYİN ƏSASIDIR" adlı layihə icra olunur. Təbii ki, sağlam vərdişlər sağlam gəncliyin əsası olduğundan, bu problemin həllində ölkənin dövlət siyasətini həyata keçirən nazirliklərlə yanaşı bütün cəmiyyətin, xüsusilə aparıcı qüvvə olan gənclərin özlərinin fəal iştirakı vacibdir. Bununla əlaqədar olaraq 17.12.2015-ci il tarixində 275 saylı orta məktəbdə şagirdlərlə müzakirəli görüş keçirildi.