275 №li orta məktəbdə “Açıq qapı” günü layihəsi

Uğurlu nəticə qazanmış məktəblərin təcrübəsinin öyrənilməsi istiqamətində “Nəzəriyyədən təcrübəyə” adlı “Açıq qapı” günü layihəsi davam edir. Növbəti görüş 275 saylı orta məktəbdə oldu. Bakı Şəhər Təhsil İdarəsinin nümayəndələri, rayon məktəb direktorları, psixoloqları, fənn müəllimləri, xarici qonaqlar məktəbdə açıq dərslərdə oldular. Məktəblər haqqında ümumi məlumatlar, tədrisin təşkili və keyfiyyətə nəzarət mövzusu ətrafında şagird nailiyyətinin izlənilməsi, məktəbdən kənar fəaliyyətin tədrisin keyfiyyətinə təsiri və icma ilə işin təşkili, məktəbdə psixoloji xidmət və zəif nəticə göstərən şagirdlərlə işin təşkili haqqında müzakirələr etdilər. Sonda dəyirmi masa ətrafında ekspert üzvləri dərslər haqqında öz fikirlərini bildirdilər.