"Ana harayı" abidəsi ziyarət olundu

Xocalı soyqırımına həsr olunan "Ana harayı" abidə kompleksi 1993-cü ildə inşa edilib. Hər il fevralın 26-da Xocalı soyqırımının ildönümü ilə əlaqədar abidəni minlərlə insan ziyarət edir. 275 nömrəli məktəbin şagirdləri "Ana harayı" abidəsinin qarşısına gələrək Xocalı soyqırımının qurbanlarının xatirəsini yad etdilər, qərənfillər qoydular, şeirlər söylədilər. Əgər bir xalqın, bir millətin nümayəndələri mənsubiyyətinə görə qətlə yetirilirsə, deməli, bu, soyqırımıdır. Ona görə də 26 il bundan əvvəl qadınlar, uşaqlar, yaşlılar daxil olmaqla silahlı azərbaycanlılara qarşı törədilən amansız soyqırımı heç vaxt unudulmayacaq.