"ANA DİLİ GÜNÜ" QEYD EDİLDİ

“Beynəlxalq Ana Dili Günü” münasibətilə "Ana dilimiz-milli sərvətimizdir" adlı möhtəşəm tədbir keçirildi. Tədbirdə məktəbin 3-cü sinifləri iştirak etdi. Tədbiri açıq elan edən məktəbin ibtidai sinif müəllimi Natella Quliyeva ana dilimiz, onun mənşəyi, yaranma tarixi haqqında ətraflı məlumat verdi. Tədbir şagirdlərin hazırladığı bir-birindən maraqlı çıxışları ,səhnəcikləri ilə davam etdi.
Məktəbin direktoru Fəridə Şərifova öz çıxışında qeyd etdi ki, ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi, mahir natiq, ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Ana dilimizi qorumaq, inkişaf etdirmək bizim də borcumuzdur.