Tarix fənnindən VIII siniflərarası bilik yarışması keçirildi

Məktəbin VIII sinifləri arasında Azərbaycan tarixindən və ümumi tarixdən bilik yarışı keçirildi. Komandalara bölünmüş iştirakçılar yarışmada böyük fəallıqla iştirak edərək qələbə qazanmaq üçün böyük səy göstərdilər. Yarışmanın keçirilməsində məqsəd şagirdlərin tarixə aid biliklərini müəyyənləşdirmək idi. Sonda qalib ən fəal komanda VIII d sinfi oldu. Məktəbin direktoru Fəridə Şərifova bütün tarix müəllimlərinə göstərdikləri zəhmətə və şagirdlərin bu cür fəallıqlarına görə təşəkkür etdi.