Gənc Ekoloqların qəsəbə sakinləri ilə sorğusu

       Məktəbin "gənc ekoloq" dərnəyinin üzvləri Yeni Günəşli qəsəbəsində sakinlər arasında sorğu təşkil etdilər. Onlar dərnək üzvlərinin suallarını böyük həvəslə cavablandırdılar. Sorğuda 15 nəfər iştirak etdi. İştirakçılardan ən yaşlısının 72 yaşı var idi. Bütün müsahiblər uzunömürlü olmaq üçün daim hərəkətdə olmağı, stressdən uzaq olmağı, sağlam qidalanmağı, pis vərdişlərdən uzaq olmağı və təmiz havada gəzməyi üstün tutduqlarını qeyd etdilər.  Həmçinin yaşadıqları qəsəbənin ekoloji vəziyyətindən razılıqlarını bildirdilər. Dərnək üzvləri sorğunun nəticələrindən sonra belə bir nəticə çıxardılar ki, uzunömürlükdə irsiyyət böyük rol oynasa da sağlam həyat sürməyin əsas rolu idmanla məşğul olmaqdadır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi