Şagirdlərin Geologiya Muzeyinə ekskursiyası təşkil olundu

      Məktəbin şagirdləri Geologiya Muzeyinə ekskursiya etdilər. Muzeyin əsas fəaliyyət istiqaməti ölkənin mineral-xammal bazasını səciyyələndirən süxur, mineral və filiz nümunələrinin ümumi nümayişə təqdim edilməsi, geoloji-kəşfiyyat işlərinin nəticələrinin və elmi-geoloji nailiyyətlərin geniş miqyasda təbliği və təşviqidir. Muzeydə şagirdlərə ekspozisiya zalında Azərbaycanın mineral-xammal sərvətlərini əks etdirən və eləcə də dünyanın başqa regionlarından gətirilmiş 5000-dən artıq filiz, qeyri-filiz, inşaat materialları, bəzək və üzlük daşlar, təbii süxur, mineral, paleontoloji tapıntı, müxtəlif məzmunlu geoloji xəritələr, fotostendlər, albomlar, bukletlər və digər növ eksponatlar nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi