Şəhid Ələkbər Eyvazovun məzarı ziyarət edildi

Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Zamanın gedişində bir çox tarixi hadisələr baş verir. Bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə zaman, tarixi hadisələr var ki, heç vaxt unudulmur. Nəsillər bir-birini əvəz etdikcə bu tarixi gün daha çox xatırlanır, insanların yolunu işıqlı bir zirvəyə doğru aparır. Bu zirvə ən ali müqəddəs və şərəfli olan şəhidlik zirvəsidir. Bugün məktəbin adını daşıyan şəhid Ələkbər Eyvazovun adgünü şəhidlər xiyabanında yad edildi. Şəhidin anası,bacısı,məktəbin direktoru Fəridə Şərifova, 6-7-ci sinif şagirdləri həmçinin valideynlər də Ələkbəri ziyarət etdilər, qərənfilllər qoyaraq şəhidlik haqqında şeir, mahnı oxudular.