Şəhidin xatirəsi yad edildi

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü ölkə vətəndaşlarının əsrlərlə, illərlə ürəyində yaşatdığı, uğrunda mübarizə apardığı ən müqəddəs arzusu olub. Bu mübarizə yolunda qəhrəmanlıq tarixinə adları düşən oğullardan da biri də 275 nömrəli məktəbin adını daşıyan şəhid Ələkbər Eyvazovdur. O, Qacar Veysəlli kəndinin müdafiəsi uğrunda qəhrəmancasına döyüşərək 10 yanvar 1993-cü ildə Füzuli rayonunun Alxanlı kəndi uğrunda gedən döyüşlərin birində şəhid oldu. Onun doğum günü hər il olduğu kimi bu il də yad edildi. Məktəbdə onun xatirəsinə həsr olunmuş məktəblərarası (279,282,290,275 nömrəli məktəblər) basketbol turniri keçirildi.