Şagirdlərin Xalça Muzeyinə ekskursiyası təşkil olundu

2017-2018-ci dərs ilinin Fəaliyyət Planına əsasən ( 1.3.7 ) tədrisin keyfiyyətinə təsir edən ekskursiyaların, gəzintilərin təşkili mütamadi olaraq təşkil edilir. Motivasiyaların yüksəldilməsi, şagird marağının müəyyənləşdirilməsi üçün bu tip gəzintilər şagirdlər üçün vacibdir. Məktəbin 3b sinif şagirdləri Xalça Muzeyinə ekskursiya etdilər. Muzeydəki Qarabağ, Quba-Şirvan, Təbriz və Gəncə-Qazax xalçaları öz kompozisiyası və ornament quruluşlarına, rəng çalarlarına görə diqqəti cəlb edirdi. Azərbaycan xalqının el sənətkarlarının yaratdığı xalçaçılıq sənəti inciləri şagirdlərin böyük marağına səbəb oldu.