Şagirdlərin Bakı Ali Neft Məktəbində görüşü

Azərbaycan elminin və təhsilinin inkişafına verilən böyük töhfələr verən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft-Kimya Prosesləri İnstitutunun direktoru, kimya elmləri doktoru, akademik Vaqif Abbasov və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə "Liderlik Məktəbi" nin şagirdləri Bakı Ali Neft Məktəbinə dəvət olundular. Şagirdlər içərisində 275 nömrəli məktəbin 7 d, 8 d, 9 a, 9 d sinif şagirdləri və ingilis dili müəllimi Günay Camalova iştirak etdilər. Görüşdə şagirdlərin bilik və natiqlik bacarıqlarının inkişaf etdirilməsi, onların ictimai fəallığının artırılması, mənəvi dəyərlərin və vətənpərvərlik hissinin, sağlam həyat tərzinin aşılanması, eləcə də müvafiq fənn müəllimlərinin insan hüquqları sahəsində ixtisaslaşmasında mühüm rol oynaması haqqında maraqlı söhbətlər və akademik Vaqif Abbasovun kitabının şagirdlərə təqdimatı oldu.