Tarix aylığı çərçivəsində açıq dərslər davam edir

Məktəbin fəaliyyət planına əsasən fənn aylıqları mütamadi olaraq keçirilir. Tarix aylığı çərçivəsində açıq dərslər davam edir. Azərbaycan tarixi fənni kurikulumu ümumtəhsil məktəblərində Azərbaycan tarixi fənninin fəlsəfəsini, bu fənnin təlimi sahəsində fəaliyyətləri əks etdirən konseptual sənəddir. Bu sənəddə fənnin məzmunu (məzmun standartları), fəndaxili və fənlərarası inteqrasiya, müəllim və şagird fəaliyyətinə dair texnologiyalar, şagird nailiyyətlərinin qiymətləndirilməsi məsələləri əhatə olunmuşdur. Həmçinin məktəbin tarixi müəllimi Könül müəllim maraqlı dərs təqdim etdi. Dərs zamanı şagirdlər mövzuya uyğun olaraq səhnəcik hazırladılar, müzakirəli nüanslara toxundular. Şagirdlər arasında əməkdaşlıq uğurla alındı.