"Sağlam Təhsil" sinfinin kiçik rəssamları

       “Təsviri incəsənət” fənninin əsas xüsusiyyəti — şagirddə yaradıcı inkişafın formalaşdırılmasıdır. Rəsm sərgilərinin vaxtaşırı təşkili şagirdlər üçün yeni şəraitdə öz nəticələrini yenidən qiymətləndirmək, nailiyyətlərinə sevinclə nəzər salmaq imkanı verir. Bu işlər valideyn və dostlar üçün hədiyyə, məktəbin tərtibatında isə çox gözəl bəzək nümunələri ola bilər. Məktəbin 3 a "Sağlam Təhsil" sinfinin kiçik rəssamları bugün öz gözəl əl işlərini tədqim etdilər. Bir-birindən maraqlı rəsmlər öz gözəlliyi ilə müəllimləri valeh etdi. Sinfin ən bacarıqlı rəssamı Aynur dəfələrlə rəsm müsabiqələrində qalib gələn şagirdlərdən biridir.Həmçinin o öz əl işlərini təqdim etdi. Məktəbin direktoru Fəridə Şərifova şagirdlərin rəsm işlərini bəyənərək qeyd etdi ki,  bu rəsmlər təbiətin, ətraf aləmin insanın daxili aləminə, hislərinə, duyğularına təsirindən yaranır. Şəxsiyyətin mənəvi dünyasında gözəllik təsəvvürləri (meyarları) bu cür incəsənət vasitəsilə bizlərə çatdırılır. Bu gözəlliyi digər şagirdlərə də bəxş etdikləri üçün kiçik rəssamlara təşəkkür etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi