İlk dərslər 20 Yanvara həsr olundu

275 nömrəli məktəbin 2017-2018-ci dərs ili üçün fəaliyyət planına əsasən ( 1.3.1.6 ) Ümumxalq hüzn günlərinə həsr olunmuş tədbirlərin keçirilməsi davam edir. Şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin çatdırılması müəllimlərin üzərinə düşən mənəvi bir borcdur. İlk dərslər 20 Yanvara həsr olundu. Şagirdlər 20 Yanvara aid şeirlər söylədilər, səhnəciklər göstərdilər, şəhidlər haqqında tarixi məlumatlar verdilər. Sinif müəllimləri çıxışlarında qeyd etdilər ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.