"Azadlığa gedən yol" adlı tədbir keçirildi

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq iyirmi bir il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Hər il olduğu kimi məktəbdə "Azadlığa gedən yol" adlı tədbir keçirildi Şagirdlər şəhidlər haqqında şeirlər, tarixi məlumatlar verdilər. Şəhidləri bir dəqiqəlik sükutla yad etdilər. Həmçinin məktəbin foyesində divar qəzetləri nümayiş olundu. Tədbirin 9 a sinfindən olan fəal aparıcı və iştirakçıları diplomla mükafatlandırıldı.