Şəhidlər xiyabanı and yerimizdir

            Qara Yanvar -1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış və itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir. 

            1998-ci il avqustun 5-də Bakı şəhərindəki Şəhidlər Xiyabanında "Əbədi məşəl" abidə kompleksinin ucaldılması barədə Heydər Əliyev sərəncam imzaladı. Öz əzəməti ilə ucalan abidə bu il də hər kəsin baş əydiyi məbədə çevrilib. Şəhidlər xiyabanının al-qırmızı qərənfillərə bürünməsi də məhz qəhrəmanlıq tarixinin şərəfinədir.  

      275 nömrəli məktəbin 9 b sinif şagirdləri xiyabanı ziyarət etdilər, vətənin azadlığı və müstəqilliyi uğrunda canından keçənləri doğmaları kimi yad ediblər. Şəhidlər xiyabanı haqqında zəngin təəssürata malik olan bu uşaqlar sabahın yetkin gəncləri təsiri bağışlayırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi