"Qarabağı unutmayaq!" mövzusunda açıq dərs keçirilidi
Dünyanın görkəmli alimləri Azərbaycanı təbii muzey adlandırmışlar . Bu muzeyin ən unikal nöqtəsi Qarabağdır. Vətənimizin dilbər guşəsi, bir zamanlar dillər əzbəri olan Qarabağ torpağı indi düşmən tapdağı altındadır. Odu-ocağı yağmalanmış, torpağı talanmış bu elin həsrəti hamımızın, xüsusən də öz elindən didərgin düşmüş qaçqınlarımızın qəlbini göynədir. Bugün də məktəbin tarixi müəllimi Günel Paşayeva "Qarabağı unutmayaq!" mövzusunda açıq dərs keçirdi. Şagirdlər və müəllim qeyd etdi ki, bizim hər birimizin ən böyük arzusu qələbədir, işğal olunmuş torpaqlarımızın, doğma Qarabağımızın geri qaytarılması, azad olunmasıdır. Həmin şad günü həsrətlə gözləyən, qələbə sevincini yaşamaq istəyən arzularımız gerçəkləşəcək, Qarabağ həsrətimizə son qoyulacaqdır.