AZƏRBAYCAN MƏDƏNİYYƏTİ HAQQINDA AÇIQ DƏRS KEÇİRİLDİ

Azərbaycan incəsənəti və mədəniyyəti xalqımızın tarixi qədər qədim və zəngindir. Uzun və mürəkkəb inkişaf yolu keçmiş teatr, kino, musiqi və xalq sənətinin müxtəlif növlərinin tətqiqi Azərbaycan xalqının yüksək mədəni irsə malik olmasını sübut edir. Azərbaycanın mədəniyyət və incəsənət xadimləri milli mədəniyyətimizin dünyaya çatdırılması istiqamətində daim səy göstəriblər və qismən də olsa buna nail olublar. Məktəbin tarix müəllimi Günel Paşayeva 10 c sinfində şagirdlərə Azərbaycan xalqının bədii təfəkkür və yaradıcılığını əks etdirən ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyini bir dərs boyunca kifayət qədər xatırlada bildi. Şagirdlər də həmçinin öz çıxışlarında maraqlı məlumatlar çatdırdılar.