Riyaziyyat fənninə maraq ibtidai sinifdən başlayır

           Riyaziyyat fənninə maraq ibtidai sinifdən yaranır. Şagirdlərin bu fənnə olan marağının artırılması, istedadlı şagirdlərin aşkar olunması, şagirdlərin bilik və bacarıqlarının nümayiş etdirilməsi və şagirdlər arasında müsbət rəqabətin yaradılması məqsədilə davamlı olaraq açıq dərslər, bilik yarışları keçirilir. İbtidai sinif müəllimi Yavər müəllim məktəbin yaradıcı müəllimlərindən biridir. Şagirdlərə yeni bacarıqları müstəqil əldə etmək, mühakimələr yürütmək, araşdırmaq bacarığının aşılanmasını tədris etdiyi 2 a sinfində ustalıqla bacarmışdır. "Mötərizəli ifadələr" mövzusunda təqdim etdiyi açıq dərsdə şagirdlər mötərizəli və mötərizəsiz ədədi ifadələrin qiymətini hesablayır, sözlərlə verilmiş müvafiq fikri riyazi ifadə edir və riyazi ifadələri sözlərlə oxuyur, məsələyə uyğun riyazi ifadə qura bildilər. Dərsin sonunda şagirdlər mötərizəli ifadələri yazıb oxumaqla yanaşı mötərizəli ifadənin qiymətini hesablama və müəyyən fikri riyazi ifadə etmə bacarığınına yiyələndilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi