Müasir təlim metodlarına cavab verən ingilis dili dərsi uğurla keçdi
Təlim prosesinin 4 əsas komponentini nəzərdə tutan müəllim dərs vaxtı təlimin 3 əsas məqsədinə, öyrədici, inkişaf etdirici və tərbiyəvi məqsədinin izlənilməsinə nail oldu. Dinləmə və müşahidə göstərdi ki, müəllim dərsdə mövzu ilə əlaqədar dünyada və Azərbaycanda qeyd edilən oxşar və fərqli bayramlar haqqında təlimatı təkcə dərslikdən deyil, həm də İnternet saytlarından istifadə etməklə geniş bilgi toplayaraq şagirdlərinə çatdırıb. Açıq dərs zamanı şagirdlər qrup halında mövzuyla bağlı bilgiləri təqdimat şəklində çatdırdılar. Öz fənnini ürəkdən sevən, onu şagirdlərinə müasir metodların köməyilə çatdıran ingilis dili müəllimi Kəmalə Quliyeva 31 dekabr " Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı" haqqında olan mövzuları uğurla əlaqələndirdi.