Ingilis dili aylığı çərçivəsində açıq dərslər davam edir

275 nömrəli məktəbin ingilis dili müəllimi Ruqiyyə müəllimənin 8 d sinfində açıq dərsi olduqca maraqlı keçdi. Şagirdlər dərs boyu etdikləri qrup işləri, maraqlı çalışmalar, videolarla heyvanlar aləminə səyahət etdilər. Çəkdikləri rəsm işləri ilə öz bacarıqlarını göstərdilər. Digər fənnlərlə ingilis dilinin inteqrasiyası mükəmməl alındı. Şagirdlər bir-biri ilə əməkdaşlıq edərək sual-cavabda fəallıqla iştirak etdilər. Dərsin uğurlu alınması müəllimin peşəkarlığına sübut oldu. Müəllim yeni təlim metodlarından istifadə edərək dərsin bütün mərhələlərini reallaşdırmağı bacardı.