"Dünya xalqlarının birliyi" adlı ingilis dili tədbiri keçirildi

Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olmuş, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilmişdir. Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır.
Məktəbin Fəaliyyət Planına əsasən ingilis dili aylığı çərçivəsində ingilis dili müəllimləri Vüsalə müəllimə və Gülsəhər müəllimə "Dünya xalqlarının birliyi" adlı (The unity of nations) ingilis dili tədbiri keçirdi. Şagirdlər müxtəlif dillərdə şeir,mahnı parçaları ifa etdilər, çalğı alətlərində öz məharətlərini göstərdilər. Bununla onlar dünya xalqlarının adət-ənənələrinə, mədəniyyətinə hörmətlə yanaşdıqlarını sübut etdilər.