Azərbaycan vokal sənətinin banisi Bülbülün və ilk qadın opera ifaçısı Şövkət Məmmədovanın 120 illik yubileyi qeyd olundu

         “Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 may 2017-ci il tarixli 2847 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnaməsinə və  “Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyul 2017-ci il tarixli 3059 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnaməsinə əsasən 275 nömrəli məktəbdə UBR Xədicə İsayeva və musiqi müəllimi Xanım Qafarova tərəfindən tədbir keçirildi. Tədbirdə böyük sənətkar Bülbülün Azərbaycan mədəniyyətinin inkişafındakı əvəzsiz xidmətlərindən danışılır, onun gənc ifaçıların yetişdirilməsinə, püxtələşməsinə böyük əmək sərf etdiyi bildirilir.

          Daha sonra Şövkət Məmmədovanın dünya vokal məktəbinin yüksək nailiyyətlərini milli musiqi ənənələri ilə ahəngdar şəkildə əlaqələndirərək Azərbaycan opera sənəti tarixinə parlaq səhifələr yazması haqqında məlumatlar verildi. Onun tanınmış ictimai xadim və görkəmli pedaqoq kimi ölkəmizdə musiqi mədəniyyətinin tərəqqisi naminə uzun illər ərzində geniş, səmərəli və təqdirəlayiq fəaliyyəti vətənə, xalqa xidmətin bariz nümunəsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi