"Sağlam Təhsil" sinfi nağıllar aləmində

        2 a "Sağlam Təhsil" sinfi bugün müəllimlərə və şagirdlərə nağıl dünyası bəxş etdi. Şagirdlər "Turpun nağılı" və "Tık-Tık xanım"  nağıllarını ingilis dilində səhnələşdirdilər. Məktəbin ingilis dili müəllimləri İnarə Mirzəyeva və Hilalə Hüseynova yeni təlim metodları ilə dərs təqdim etdilər. Şagirdlərdə dinləyib-anlama, ilkin şifahi nitq və tərcümə bacarıqlarını formalaşdırmağı bacardılar. Sonda sinfə Yeni il əhval ruhiyyəsi gətirmək üçün şagirdlərə sürpriz olaraq Şaxta baba dəvət olundu. Şagirdlər müxtəlif formalı rabitəli mətnlər və dialoqlar qurdular,  öz fikirlərini sərbəst, ardıcıl və aydın ifadə etməyi bacardılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi