Şagirdlərin "Çörək zavodu" na ekskursiyası

        Mütamadi olaraq məktəbin şagirdləri üçün məktəbdənkənar müxtəlif ekskursiyalar təşkil olunur. İbtidai sinif müəllimi Xatirə Tağıyevanın 3 b sinif şagirdləri 1 №li çörək zavoduna ekskursiya etdilər. Zavod istehsalat sahəsində olan təmizliyi ictimaiyyətə çatdırmaq üçün ekskursiyalar təşkil edir. Zavodun əməkdaşları çörək bişirilmə texnologiyası və avadanlıqlar haqqında geniş məlumat verdilər. Zavodda olan səliqəlilik və çeşidlərin müxtəlifliyi şagird və müəllimlərdə xoş təəssürat yaratdı. Gün ərzində bişirilən məhsullar şagirdlərə nümayiş etdirildi. Sonda şagirdlərə çörək məhsullarından hədiyyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi