9-cu sinif şagirdləri üçün növbəti monitorinq keçirildi

       Məktəbin 9-cu sinif şagirdləri üçün Azərbaycan dili və riyaziyyat fənlərindən növbəti monitorinq imtahanı keçirildi. İmtahanın məqsədi təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyən edilməsi oldu. Həmçinin şagirdlər tərəfindən bu proqramlar üzrə materialların mənimsənilməsi, onlarda müvafiq bacarıq və vərdişlərin formalaşdırılması səviyyəsinin ölçülür, tədris prosesində müəllimlərin üzləşdiyi çətinliklərlərin aşkara çıxarılır. Bu işdə yeni tapşırıq modelləri üzrə qiymətləndirmə mexanizminin formalaşdırılması da önəm daşıyır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi