UNEC yuxarı sinif şagirdlərinə “bir günlük tələbə” olmaq imkanı yaratdı

        Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 275 nömrəli tam orta məktəbin 10 c sinif şagirdlərinə “bir günlük tələbə” olmaq imkanı yaradıldı. "UNEC-də bir gün" layihəsinin məqsədi 10-11-ci sinif şagirdlərini universitetlə tanış etməkdir. Şagirdlərə şərti tələbə biletləri təqdim edildikdən sonra onlara UNEC barədə ətraflı məlumat verilib. UNEC-in beynəlxalq əlaqələri, mübadilə və xüsusi təqaüd proqramları ilə tanış olduqlarını bildirən şagirdlər daha çox maliyyə, mühasibat və menecment ixtisasları ilə maraqlandıqlarını bildiriblər. Fakültə tyutoru şagirdlərin tədris prosesi və ixtisaslar barədə suallarını cavablandırıb. Sonra 1 günlük tələbələr firmanın iqtisadiyyatı, maktoiqtisadiyyat, marketinq, maliyyə təhlili və menecment fənlərini dinləyiblər. Gün ərzində məktəblilərin UNEC-də infoturu təşkil olunub. Onlar kitabxana, akt zalları, Radio UNEC və yeməkxana ilə tanış olublar.

        “UNEC-də bir gün” layihəsinin onların ixtisas seçiminə böyük dəstək olduğunu bildiriblər. Onlar I kursların dərs cədvəli ilə tanış olaraq, növbəti günlərdə də digər fənləri dinləmək üçün yenidən 1 günlük tələbə olacaqlarını qeyd ediblər. Hətta qış imtahan sessiyasında da iştirak etmək arzusunda olduqlarını vurğulayan şagirdlər “UNEC-də bir gün” layihəsini abituriyentlər üçün inanılmaz fürsət adlandırıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi