275 saylı orta məktəbdə xalq şairi Bəxtiyar Vahabzadə haqqında ədəbi bədii gecə

   275 saylı orta məktəbdə xalq şairi Bəxtiyar Vahabzadə haqqında ədəbi bədii gecə keçirildi. Tədbirdə məktəbin direktoru, ədəbiyyat müəllimləri, təlim tərbiyə işləri üzrə direktor müavinləri, Uşaq Birliyi Rəhbəri və şagirdlər iştirak etdilər. Şagirdlər şairin həyat və yaradıcılığı haqqında geniş məlumatlar verdilər. Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr poetik fikrinin görkəmli nümayəndəsi, xalq şairi Bəxtiyar Vahabzadənin adı təkçə respublkamızda deyil, onun sərhədlərindən çox-çox uzaqlarda mütəfəkkir şair,lirik dramaturq, istedadlı alim və publisist, qeyrətli və cəsarətli ictimai xadim, sadə və səmimi insan kimi məşhurdur. Bəxtiyar Vahabzadə şeirləri ilə yanaşı, həm də çoxlu sayda poemalar müəllifidir: "Etiraf", "Əbədi heykəl", "Gülüstan", "Dörd yüz on altı", "Şəbi-hicran", "Muğam", "Şəhidlər" və s. Mütəxəssislər bu əsərlərin başlıca məziyyətləri sırasında həyat materialının zənginliyini, bu materialların insan talelərinin təsvirinə yönəldilməsini, lirik ricətlərin fəlsəfi çalarını xüsusilə qeyd edirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi