"Sağlamlığımızı necə qoruyaq ?" mövzusunda şagirdlərlə görüş

Sağlamlığa mənfi təsir edən, zərərli olduğunu biləndə asanlıqla tərk edilməyən vərdişlərə sağlamlığa zərərli vərdişlər deyilir. Sağlamlıq insan həyatı üçün ən böyük sərvətlərdən biri hesab olunur. Məktəbin həkimi mütəmadi olaraq siniflərdə şagirdlərlə söhbətlər aparır. O, bugün də çıxış edərək qeyd etdi ki, sağlam yaşamağın açarı ilk növbədə insanın nə dərəcədə sağlam qidalanmasındadır. Hər bir insan sağlamlığa zərər yetirən amilləri və ondan qorunmaq üsullarını bilməlidir. Həmin amillərə infeksiyalar, düzgün qidalanmamaq, az hərəkət etmək, xəsarət almaq, spirtli içkilər, siqaret qəbulu və digər zərərli vərdişlər və işlərlə məşğul olmaq, zəhərləmələr, şüalanmanın müxtəlif növləri, xüsusi ultrabənövşəyi və rentgen şüaları və s. aiddir. O, bütün şagirdlərə özlərini qorumağı məsləhət etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi