Fizika fənnindən açıq dərs keçirildi

Məktəbin fizika müəllimi Qalina Bünyadzadənin maraqlı açıq dərsi oldu. Müəllim dərs prosesi zamanı şagirdləri müasir fiziki laboratoriya alətləri haqqında məlumatlandırdı. İlk əvvəl dərsin motivasiyası və tədqiqat suallarının tərtibi mükəmməl alındı. Motivasiya və tədqiqat sualları elə quruldu ki, şagirdlər problemin həllində ilkin fikirlərini bildirə bildirdilər, mövzu haqqında təsəvvürlərini iş vərəqlərində təsvir edə və onu təqdim etməyi bacardılar. Müəllim və şagirdlər bir-birlərinin fikirlərini analiz etdi, müəllim mövzuya uyğun olaraq yönəldici nəticə çıxarıb və mövzunun açılmayan hissələrinin izahını verdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi