Fizika fənnindən təqdimat keçirildi

Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün fizika fənni kurikulumu fizika təliminin əsas məqsəd və vəzifələrini müəyyənləşdirməklə ümumi təlim nəticələrinə nail olmaq istiqamətində bütün fəaliyyətləri əks etdirən, cəmiyyətin ehtiyac və tələbləri nəzərə alınmaqla hər bir şagirdin imkan və maraqlarına yönəlmiş sənəddir. Orta ümumtəhsil məktəblərində fizikanın tədrisi şəxsiyyətin formalaşmasında müstəsna rol oynamaqla yanaşı həm də zehni inkişafın bir vasitəsidir.  2017-2018-ci il Fəaliyyət Planına əsasən fənn aylıqları çərçivəsində fizika aylığı ilə əlaqədar 8 c və 10 c siniflərinin şagirdlərinin təqdimatı oldu. Fizikanın öyrənilməsi şagirdlərin məntiqi təfəkkürünü formalaşdırma, mühakimə və dərketmə qabiliyyətini yüksəltmək, nitqini inkişaf etdirmək üçün güclü vasitədir. Fizika şagirdlərə çoxlu şəxsi keyfiyyətlər, yeni elmi dünyagörüşü, bilik, bacarıq, vərdiş, qabiliyyət, adət, iradə, əməksevərlik və s. kimi keyfiyyətləri formalaşdırır. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi