Gələcək birinci sinif şagirdlərinin şəxsi keyfiyyətlərinin aşkara çıxarılması uğurla həyata keçirilir

Məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla, uşaqların intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini təmin edir. Uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün məktəbin ibtidai sinif müəllimləri kifayət qədər onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmağı bacarırlar. Bugün ibtidai sinif müəllimləri Aygün Qasımova, Südabə Sultanova və Mətanət Seyidlinın dərsləri şagirdləri şagirdləri böyük həvəslə birinci sinfə hazırlayır. Dərslərdə ətraf aləmlə tanışlıq, savad təliminə hazırlıq və nitq inkişafı, bədii təfəkkürün inkişafı, məntiqi və riyazi təfəkkürün inkişafı, təsviri fəaliyyət (Rəsm/Yapma, Kəsibyapışdırma/Quraşdırma) kimi işin təşkili metodikası uğurla həyata keçirilir.