"Təbriz" mövzusunda açıq dərs keçirildi

Məktəbin tarix müəlimi Günel Paşayeva yeni təlim üsullarından,  İKT-dən istifadə edərək şagirdlərdə tədris etdiyi tarix fənninə maraq oyadı. Bu sahədəki təcrübəsini bölüşmək üçün apardığı "açıq dərs" lərdən biri bugün 5 c sinfində "Təbriz" mövzusunda oldu. Cənubi Azərbaycanın ən böyük şəhəri, iqtisadi və mədəniyyət mərkəzi, Şərqi Azərbaycan əyalətinin inzibati mərkəzi olan Təbriz haqqında şagirdlər qrup işlərində geniş məlumat verdilər.  İranın dördüncü böyük şəhəri Təbriz şəhəri Azərbaycanlıların mənəvi paytaxtı hesab olunur. Mövzu barəsində şagirdlər video slaydlara baxdılar, sual-cavabda fəal iştirak etdilər. Dərsdə şagirdlərin fəallığı təmin olundu, vaxtdan səmərəli istifadə edildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi