9-CU SİNİFLƏRDƏ ANA DİLİ VƏ RİYAZİYYATDAN MONİTORİNQ KEÇİRİLDİ
25.11.2017-ci il tarixində 275 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyinin Qiymətləndirmə və monitorinq şöbəsinin iştirakı ilə 9-cu sinif şagirdləri Azərbaycan dili və riyaziyyatdan sınaq imtahanları verdilər. Monitorinqin keçirilməsində məqsəd şagirdlərin ana dili və riyaziyyat fənnləri üzrə bilik, bacarıq və vərdişlərini yoxlamaq idi. Eyni zamanda monitorinq buraxılış imtahanlarına hazırlıq məqsədi daşıyır.