Coğrafiya fənni üzrə açıq dərs keçirildi

Coğrafiya fənni üzrə açıq dərslər davam edir. Məktəbin coğrafiya müəllimi Dadaşova Fatimə 8 c sinfində "Yerin illik dövrü" mövzusunda açıq dərs təqdim etdi. Açıq dərs yeni təlim metodları və kurikulum standartlarına uyğun keçirildi. Fənlərarası əlaqələr düzgün quruldu. Cütlərlə işlərində şagirdlər fəal iştirak etdilər. Mövzu ətrafında maraqlı təqdimatlar etdilər. Məktəbin direktoru F.Şərifova sonda qeyd etdi ki, şagirdlərdə coğrafiya fənni ekoloji mədəniyyət, iqtisadi göstəricilərdən istifadə edə bilmək, nəticə çıxarmaq, layihələr irəli sürmək bacarıqlarının formalaşmasına imkan yaradır. Bu fənn şagirdlərin coğrafi təbəqədə mövcud olan inkişaf qanunauyğunluqlarını dərk etməsinə, Yer kürəsində təbii komplekslərin əmələ gəlməsini, təbiətdə baş verən coğrafi hadisələrin və təbii proseslərin başvermə səbəblərini izah etməsinə imkan verir. O, bu maraqlı dərs üçün şagirdlərə və müəllimə təşəkkür etdi.