“Mənim yaradıcılığım” adlı rəsm sərgisi keçirildi

2017-2018-ci il Fəaliyyət Planına əsasən rəsm aylığı çərçivəsində şagirdlərin əl işlərini məktəb kollektivinə təqdim etmək üçün sərgi nümayiş etdirildi. Məktəbin foyesində təqdim olunan “Mənim yaradıcılığım” adlı rəsm sərgisi hamı tərəfindən bəyənildi. Uşaqların xüsusi istedad tələb edən bir sənət kimi rəssamlığa böyük maraq göstərmələri çox sevindirici haldır. Şagirdlər milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunur, təhsil, idman, mədəniyyət, incəsənət və digər sahələrdə uğurlar əldə edirlər. Onlar rəssamlıq sənətinə də böyük maraq göstərirlər. Şagirdlərin gələcəkdə yaxşı rəssam kimi formalaşmasında belə sərgilərin böyük rolu var. Gənc rəssamlar öz əl işləri üçün onlara dərs deyən rəsm müəllimləri Ağayeva Yeganə və Novruzova Xədicə müəlliməyə təşəkkür etdilər.