Fizika fənnindən açıq dərs keçirildi

Məktəbin fizika müəllimi Alidə müəllimənin 8 d sinfində "Cismin xüsusi istilik tutumunun təyini" mövzusunda maraqlı açıq dərsi oldu. Dərs zamanı məqsəd metal silindrin xüsusi istilik tutumunun təcrübi təyin edilməsi idi. Dərs praktik dərs oldu. Müəllim işi qruplarda təşkil etdi. Bu tapşırıqların təyinatı şagirdlərə izah olundu, onların yerinə yetirilmə ardıcıllığı müəyyənləşdiriildi. Kalorimetr, laboratoriya termometri, tərəzi, çəki daşları, menzurka, alüminium və mis silindrlər, qarmaqlı məftil, su, süzgəc kağızı, elektrik çaydanından istifadə olunaraq maraqlı təcrübələr aparıldı. Dərs zamanı şagirdlərin fizika fənninə olan marağı hiss olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi