Pedaqoji Şuranın növbəti iclası keçirildi

16 noyabr 2017-ci il tarixində 275 №-li tam orta məktəbin akt zalında Pedaqoji Şuranın növbəti iclası keçirildi. Məktəbin direktoru Fəridə Şərifova iclası açıq elan etdikdən sonra şagirdlərin dərsə davamiyyətinə nəzarətin təşkili, tədrisin keyfiyyətinin artırılmasında rəqabətliliyin gücləndirilməsi, qabaqcıl müəllimlərin metodikasının öyrənilməsi (1.2.5) ilə əlaqədar görüləcək işləri müzakirə etdi. Direktor müavinlərinin 2017-2018-ci il Fəaliyyət Planına əsasən sentyabr, oktyabr aylarında görülən işləri barədə məruzələri,keçirilən fənn aylıqlarının hesabatını dinlədi. Həmçinin sinif rəhbərlərinin, dərnək rəhbərlərinin, metodiki şuranın, metodbirləşmə rəhbərlərinin işinə nəzarəti gücləndirmək üçün bir neçə təklifləri bildirdilər.