Heydər Əliyev Mərkəzinə şagirdlərin ekskursiyası təşkil olundu

275 saylı məktəbin şagirdləri Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Gənc Heydərçilər” layihəsi çərçivəsində təşkil olunan ekskursiyada iştirak etmişdilər. Şagirdlərə mərkəzlə tanışlıq zamanı Ulu Öndər Heydər Əliyevin həyat yolu, siyasi iş fəaliyyəti haqqında geniş məlumatlar verildi, qısa filmlərə nümayiş olundu. Bu gün hər bir azərbaycanlı fəxrlə deyir ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur. Bütün ruhu, varlığı ilə öz xalqına, elinə-obasına bağlı olan ümummilli lider bir-birinə zidd olan siyasi quruluşlarda fəaliyyət göstərsə də, həmişə xalqını fikirləşmiş, onun gələcək müstəqilliyi naminə çalışmışdır. “Azərbaycanın dövlət müstəqilliyi sarsılmaz və dönməz olacaqdır” deyən ulu öndər Heydər Əliyev bütün həyat və fəaliyyətini ölkəmizin müstəqilliyinə, xalqımızın rifahına həsr etmişdir. Bütün bunların gələcək nəslə ötürülməsi əlbəttə ki, ən çox məsuliyyət müəllimlərin üzərinə düşür. Hər bir müəllim öz şagirdinin qəlbində dünyanın ən qüdrətli simaları sırasına yüksələn ulu öndərimizin ən mürəkkəb, ən ağır, hətta çıxılmaz hesab olunan vəziyyətlərdən ən yaxşı çıxış yolu tapmaq bacarığına malik fenomenal şəxsiyyət olmasını şagirdlərin qəlbində aşılamalıdır.