Bayraq günü münasibətilə flaşmob keçirildi

Dövlət Bayrağı Meydanının açılışı və Dövlət Bayrağının təntənəli qaldırılması 2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilmişdir. Dövlətimizin başçısının həmin mərasimdə səslənən tarixi nitqində deyilir- "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına! Yaşasın, Azərbaycan!" 9 noyabr "Bayraq günü" münasibətilə də məktəbin foyesində 2 a sinif rəhbəri Yavər müəllimin iştirakı ilə flaşmob keçirildi. Şagirdlər öz rəqs və mahnılarını nümayiş etdirdilər.