"Dövlət Bayrağı günü" qeyd edildi

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir. Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız- milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır.Qeyd edək ki, müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir. Bu tarixi gün hər il məktəbdə qeyd edilir. Bugün də məktəbin zalında məktəbin tarix müəllimləri Günay və Könül müəllimə tərəfindən möhtəşəm tədbir keçirildi. Şagirdlər rəqs nümunələri, mahnılar, şeirlər, tarixi məlumatlar verdilər. Sonda məktəbin direktoru Fəridə xanım məktəb kollektivini və xalqımızı bayram münasibətilə təbrik etdi. O, qeyd etdi ki, hər bir Azərbaycan vətəndaşı milli bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərməli və bunu özünün müqəddəs borcu kimi qəbul etməlidir.