"Qızıl Payız" adlı açıq dərs keçirildi

Gözəlliyi ilə gözoxşayan payız fəslini şagirdlər çox sevir. Dünya ədəbiyyatında elə bir şair tapmaq olmaz ki, onun əsərlərində payız nəfəsi hiss edilməsin. Yarpaqların xəzan olduğu, təbiətin min-bir gözəlliyə büründüyü romantikanın fəsli. Təbiətin hələ tam boza bürünmədiyi, qışınsa qapıda gözlədiyi bir zamandır payız. Hər dərs ilinin bu vaxtı şagirdlər öz əl işlərini nümayiş etdirirlər. Bu dəfə də 2 c sinif şagirdləri payızı xatırladacaq müxtəlif növ əl işləri təqdim etdilər.