"Sağlam Təhsil" sinfinin valideynləri ilə görüş

Hal-hazırda 275 saylı məktəbdə “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində 2 sinif fəaliyyət göstərir. Bu siniflərdə görülən işlərlə tanış olmaq məqsədilə davamlı olaraq layihə rəhbərləri tərəfindən diqqət yetirilir. Növbəti dəfə Təhsil Nazirliyinin bu layihə üzrə metodisti Təranə xanım, Tibb Universitetinin müəllimi Zöhrə xanım, məktəbin direktoru və təlim tərbiyə işləri üzrə direktor müavini valideynlərlə görüş keçirdilər. Valideynlərə söz verildi, məsləhət və təkliflər dinlənildi. Onlar öz çıxışlarında "Sağlam Təhsil" sinfinin nə dərəcədə əhəmiyyətli olduğunu və məqsədinin uşaqların sağlam böyüməsini təmin etmək və inkişafına kömək olduğunu bir daha vurğuladılar. Həmçinin layihənin nəticələri müsbət olduğu halda bütün ölkəyə tətbiq oluna biləcəyini də qeyd etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi