"AILƏ,QADIN VƏ UŞAQ PROBLEMLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNDƏ" UŞAQLARIN ZORAKILIQDAN MÜDAFIƏSİ
"AILƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNDƏ" uşaqların zorakılıqdan müdafiəsi mövzusunda keçirilən tədbirdə 275 saylı orta məktəbin şagirdləri iştirak etdilər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova qeyd etdi ki, zorakılıq uşaqların təkcə sağlamlığını deyil, ümumiyyətlə gələcəyini təhlükə altında qoyur, onların şəxsiyyət kimi formalaşmasına mənfi təsir edir. Uşaqların iştirakı ilə bu məsələlərin müzakirəsi, onların hüquqları ilə bağlı məlumatların artırılması, eləcə də məsələ ilə bağlı onların fikirlərinin öyrənilməsi vacibdir. Daxili İşlər Nazirliyinin nümayəndəsi, polkovnik-leytenant Əkbər Əkbərov və Uşaqlar Hüquqları üzrə QHT Alyansı İdarə Heyətinin sədri Nazir Quliyev çıxış edərək uşaqlara qarşı edilən zorakılığın növləri barədə ətraflı məlumat verdilər. Tədbir uşaqların mövzu ətrafında müzakirəsi ilə davam etdi və uşaqlar ekspertlərə onları maraqlandıran sualları ünvanlayıblar. Məktəblilər öz təklif və iradlarını bildirərək aktiv şəkildə fikir mübadiləsi aparıblar. Yekunda tədbir iştirakçıları Komitə tərəfindən sertifikatla təltif olunublar.