Coğrafiya aylığı çərçivəsində açıq dərslər davam edir
2017/2018-ci dərs ili üçün Fəaliyyət planına əsasən (1.1.1.7) coğrafiya aylığı çərçivəsində məktəbdə 8 d sinfində məktəbin coğrafiya müəllimi Heydərova Natəvan keçirdiyi açıq dərsdə "Yeni dünyanın kəşfi" mövzusunda maraqlı dərs təqdim etdi. Bu dərsdə Avropa və Azərbaycan ölkələri arasında inteqrasiya oldu. Həmçinin şagirdlərin təqdimatında rollu oyunlar nümayiş etdirildi. Burda onların aktyorluq qabiliyyəti üzə çıxdı. Ölkələrarası mədəniyyətlər slayd və şagirdlərin çıxışlarında aydın şəkildə təqdim olundu.