Peşə və ixtisas seçimi həyat üçün ən zəruri seçimlərdən biridir

Düzgün peşə seçiminin aparılmasında iki amil vardır. Birincisi bilik və bacarığın müəyyən edilməsi, ikincisi onun maraq dairəsinə yönəldilməsidir. Hər bir insanda yaradılışdan mütləq bir qabiliyyət vardır. 9-cu sinif şagirdləri arasında məktəbin psixoloqu A.Həşimov imtahan qabağı gərginliyi aradan götürmək və düzgün peşə seçimi etmək üçün psixoloji test keçirdi. O qeyd etdi ki, imtahanın uğurlu olması üçün imtahana hazırlığın düzgün aparılması çox vacibdir. Valideynlər və ya imtahana hazırlaşanın özü dərslərə, imtahana hazırlıq rejiminə nəzarət etməlidir. Uşağın çox yüklənməsinə yol vermək olmaz və ona istirahət hüququ vermək lazımdır. Dərs oxuyan uşaq düzgün həyat rejimi ilə yaşamalıdır. O, sağlam qida ilə qidalanmalı, zərərli və kimyəvi maddələrlə zəngin olan qida məhsullarından uzaq durmalıdır. Psixoloq şagirdlərə düzgün peşə seçimi barədə, eləcə də onların gələcəkdə cəmiyyətdə özlərinə düzgün mövqe tutmaları istiqamətində dəyərli məsləhətlər verdi. Təhsilin əhəmiyyətindən, karyera yolunda uğurların sirlərindən bəhs edildi. Öz təcrübəsini şagirdlərlə paylaşmış və şagirdlərin maraqlandığı sualları cavablandırmışlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi