"İdmançılarımızla fəxr edirik"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev : " Bizim idmançılarımız müxtəlif beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında həmişə böyük nəticələr qazanırlar. Gənc idmançılarımız bizi sevindirir, gənc nəsil yetişir. Bu da çox vacib məsələdir. Çünki əgər gənc nəsil idmana meyilli olmasa, idmanla məşğul olmasa, onda əlbəttə ki, böyük uğurlardan söhbət gedə bilməz. Gənc nəsli idmana cəlb etmək üçün ilk növbədə şərait olmalıdır. Biz bunu yaradırıq. Hər bir vətənpərvər insan idmançılarımızın uğurları ilə fəxr edir, qürur hissi keçirir. " 275 saylı tam orta məktəb də balaca idmançıları ilə daim fəxr edir. 19-23 oktyabr tarixlərində keçirilən Beynəlxalq Azərbaycan Taek Won-Do (İTF) Federasiyasının keçirdiyi 1-ci Beynəlxalq turnirində 3 b sinif şagirdləri Əliyev Sadiq 2-ci yer gümüş medala və Sadıqzadə İsmayıl 1-ci yer qızıl medala layiq görülmüşlər. Həmçinin Əliyev Sadiq 03.09.2017-ci il tarixində Şimali Kıbrıs Türk Cumhuriyyətində keçirilən Avropa Taek Won-Do çempionatlığında iştirak etdiyi üçün diplomla mükafatlandırılıb. Biz bu şagirdlərin səslərinin daha da zirvələrdə ucalmağını, vətənimizə layiq övlad olmağını ümid edirik.