Sağlam həyat tərzinin formalaşdırılmasında məktəbin rolu böyükdür

Gigiyena-insan əməyinin insana təsirini və müxtəlif xəstəliklərin profilaktikasını öyrənən sahəsidir. Uşaqlıqdan şəxsi gigiyenaya riayət olunduqda, sonralar sağ­lamlığın şüurlu qorunmasına çevrilir. Məktəblilərin hərtərəfli inkişaf etmiş bir şəxsiyyət kimi formalaşmasında ailə ilə yanaşı, təhsil işçilərinin də üzərinə çox məsuliyyətli vəzifələr düşür. Bunun üçün şagirdlərə sağlam həyat tərzi aşılamaq istiqamətində dərslərdə maarifləndirmə işləri keçirilməlidir. 275 saylı tam orta məktəbdə ilk iş "məktəbi güllərlə bəzəyək" aksiyası ilə başladı. Bugün isə ibtidai sinif müəllimi Nəzakət müəllimənin və 1 e "Sağlam Təhsil" sinfində şagirdlər arasında şəxsi gigiyenaya dair bacarıqların artırılması məqsədilə maraqlı dərs təqdim olundu. Fizzə müəllimə tərəfindən hazırlanmış “Əllərin gigiyenası” mövzusundakı dərsdə şagirdlər arasında təbliğat işləri aparıldı. O, dərs boyu həmçinin "Sağlam Təhsil" sinfinin üstün cəhətlərindən olan gigiyenik baxımdan sağlam təhsil mühiti; fiziki fəallığın təmin olunması üçün maksimum şəraiti; şagirdin yaş və fərdi xüsusiyyətlərinə uyğun inkişafetdirici mühiti; yaradıcı Azərbaycan vətəndaşının formalaşması üçün bir neçə amilləri nəzərə çatdırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi