"Sağlam Təhsil" sinfinin şagirdləri Müstəqil Azərbaycanı necə təsvir etdi ?

2 b "Sağlam Təhsil" sinfində 18 Oktyabr Müstəqillik günü qeyd edildi. İlk öncə şagirdlər Azərbaycan Dövlət Himni ilə dərsi başladılar. Dərs boyu şagirdlər dövlət rəmzləri, sərhədlərimiz, işğal olunan rayonlarımız haqqında yaş səviyyələrinə uyğun məlumat verdilər. Həmçinin sinif müəllimi Mədinə müəllimə apardığı qrup işlərində "Mən Vətənim üçün nə edə bilərəm?", "Müstəqil və azad Azərbaycanı necə təsvir edirəm?" kimi suallarla dərsi daha da rəngarəng etdi. Şagirdlər tərəfindən maraqlı cavablar, şeirlər, vətən haqqında atalar sözləri səsləndi. Şagirdlər hazırladıqları əl işlərini təqdim etdilər. Dərs "Gözəl Vətən" mahnısı ilə bitdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi