18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür

Xalqımızın böyük tarixi nailiyyəti və milli sərvəti-Müstəqilliyimizdir ! Xalqımız oktyabr ayının 18-ni müstəqillik günü kimi qeyd edir, bu tarixi günü yüksək bayram əhval-ruhiyyəsi ilə qarşılayır.İstiqlaliyyət günümüzün ölkəmizdə hər il təntənəli şəkildə qeyd edilməsi Azərbaycan dövlət müstəqilliyinin möhkəm təməllər üzərində qurulduğunu və əbədi olduğunu bir daha sübut edir. 275 saylı tam orta məktəbdə də ədəbiyyat və tarix dərslərində dünya şöhrətli siyasətçi Heydər Əliyevin XX əsrin sonlarında ölkədə siyasi sabitliyin yaradılması, beynəlxalq əlaqələrin inkişafındakı əvəzsiz xidmətlərindən, Azərbaycanın bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilməsidən, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müstəqil Azərbaycanın tərəqqisinə, dünya siyasət arenasında layiqli nüfuz qazanmasına xidmət edən uğurlu siyasətindən bəhs olundu. Həmçinin şagirdlər divar qəzetləri də hazırladılar.